Zibilinizə sahib çıxın.

Dünən Türkiyə tv kanallarını o yana, bu yana çevirirdim, "reklamsız bir ekrana rast gəlim Mir Mövsüm Ağaya ayaqyalın gedərəm deyə nəzir zad da deyirdim". Adını unutdum, dəniz kənarında təşkil olunmuş sosial layihə vardı. Konsert proqramı da zad, uzun əlbisəli xanımlar, qara kostyumlu bəylər. Bir küncdə belə bir stend vardı, " Atıklarınıza sahip çıkın". Bizim dildə desək, " Zibilinizə yiyə durun".

 



Bizim gənc şairlərimizdən biri kənddən şəhərə gəlibmiş, görüm şəhər zibil içərisində, kim hara gəldi zibilini atır. Bu da şair ruhlu adamdı, bir kompaniya başladıb, hər səhər durub qonşuların da qapısını döyüb deyirmiş ki, "verin zibilinizi aparım atım". Hamı buna dəli kimi baxırmış. Deyir, qonşularım zibili çıxarıb qapının ağzına qoyurdu, mən lap tezdən oyanıb özüm istəyirdim, dəli kimi baxırdılar mənə.

Tək siravi vətəndaşlar deyil, şair ruhlu gənclər deyil, bizim Bakı şəhərinin Binəqədi rayonu icra başçısı Xaləddin müəllim də bir aralar "Təmiz Binəqədi" adı altında geniş işlər görməyə başladı, zibil qablarını yaşıl rəng ilə rəngləndirmişdi ki, guya qutular yaşıl olanda yığılıb qalaq-qalaq qalan zibillərdən üfunət iyi gəlmir. Sonra babat yağışdı, rəng də "kitayski" imiş, yuyuldu getdi. Qara zibilləri qara tutulara atdıq.

"Zibilinizə yiyə durun" ifadəsi tək istelak etdiyimiz məhsulların qalıqları deyil, əsla. Məsələn, müəllim valideynə məktəbdən zəng vurub deyir ki, "gəl zibilinə yiyə dur", çox pis ifadədir.

Zibil demiş, bizdə Balaxanı deyilən yer var, bütün Bakının zibilini ora aparıb tökürlər. Zibillərin təkrar emalı adlı bir zavod da tikib hökumət, deməyim odur ki, zibilimizi elə yerlərə atmalıyıq ki, sonra "zibili" çıxmasın.

Azərbaycan dünyada ən çox bu ifadələrə görə tanınır, "bura zibil atanın... " Nöqtə.

 

image


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/09/zibiliniz%c9%99-sahib-cixin