Yuxularımız.
Həyatda hər şeyin bir izahı olmalıdır. Yoxdursa da axtarıb tapmalısan, insanın robotdan fərqi odur ki, düşünə bilir, hiss-həyəcan keçirir. Son zamanlar bunu deyəsən robotlar da edə bilir, vaxt gələcək robotlar insanlarə yeyəcək deyə bir fikir var. Bu fikir məcazi mənada deyilsə də tam olaraq həqiqət olacaq kimi görünür. Bütün həyatımıza sirayət edə biləcək bir texnoloji hadisə olacaq zənnimcə. Yəni insan təbii ehtiyaclarını əvəz etmək üçün evə robot alırsa gerisini siz düşünün.
Bəs robotlar yuxu görə biləcəkmi? Əgər görsə təəccüblənməyin. Yuxu təbii, fizioloji hadisədir. Bu proses bütün məməlilərə, quşlara, balıqlara aid bir təbii hadisədir. Bütün bu canlı varlıqlar öz güclərini bərpa etmək üçün ehtiyacı olan ən yaxşı bir şey yuxu zamanı istirahətdir. Yuxu zamanı bütün bədən orqanları öz fəaliyyətini demək olar ki, dayandırır. Yuxuya çox zaman ikinci ölüm deyilir. Dini tərəfdən yanaşsaq yuxu zamanı insan ruhu bədəni tərk edir deyə bir söylənti vardır, bunu kiminsə nəzəri cəhətdən sübut ediyini tam olaraq bilmirəm.
Bəs gördüyümüz yuxunun müddəti nə qədərdir? Bu barədə bir çox fərziyyələr vardır. Fikrimcə yuxu gördüyümüz zaman beynimizin bizə təqdim etdiyi zaman tamam başqa bir müddət ərzində baş verir. Bizim gerçək dünyamızdakı zamanla yuxu gördüyümüz müddət tamam fərqlidir. Bəzi araşdırmaçılar bunun bir neçə saniyə, bəziləri isə bir neçə saat ərzində baş veridiyini deyir. Son araşdırmalara görə yuxular iyirmi saniyəni keçmir. Bəzi istisnalar var imiş, bir nəfər ən uzun yuxu görüb bu müddət də doxsan saniyə çəkib. Yuxuların çoxu iki rəngdən ibarət olur, ağ və qara. Bəzi rəngli yuxular da varmış. Açığı mənə qismət olmayıb. Bu gerçək həyatı ağ və qara rənglərdən ibarət görürəm, qalmışdı rəngli yuxu görüm. Araşdırmalara görə əvvəllər siqaret çəkən insanlar sonradan siqareti atırsa daha rəngli yuxular görürlərmiş, deməli yuxlarımız gerçək həyatla tam bağlı imiş. Bir də görürsən yuxu görürsən, konsertdəsən və qardaşın orda gitara ifa edir. Heç dəxli var? Bunun açılışını hələ də izah edən yoxdur. Yuxuda görüb tanımadığımız insanlar həyatda görüb üzlərini unutduğumuz insanlardır, heç nə təsadüf deyildir.
İnsan yuxusuz qala bilərmi? Mümkün deyil, ən uzun rekord on səkkiz gün olub, adam rəsmən ölüb :)
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/yuxularimiz
Comments