Yol əhvalatı.
Səhər işə qatarla gəlirəm. Deyəsən bunu bir neçə dəfə yazmışam axı. Yenidən təkrar etməkdə fayda var deyə düşünürəm. Sürət qatarı ilə. Adı adama deyir ki, bu qatar azı saatda 250-300 km/s ilə gedir. 40 kilometrlik yolu 45 dəqiqəyə gəlir bizim sürət qatarı. Sürət ancaq qatarın adında var. Sürmək üçün yol lazımdır, yol. Dərd ağır, hava soyuq, ara vermir yağışlar...

image
Qatarın sürətini boş verin. "Sürət məsafəni deyil, ömrü qısaldır". Tezisindən yola çıxsaq qazanan sərnişinlərdir. Bu da avtomobilə aid deyimdir. Adam qalır haça-paça. Qatardan ən çox istifadə edən tələbələr və işə vaxtında çatmaq istəyən mədəni və pulu olmayan kütlədir. Kitab oxumaq və ya qulaqcıq ilə bir filmə baxmağa üstünlük verirəm yol boyu. Amma 1-ci kurs tələbələri var, daimi sakinlər. Səsli-küylü gənc nəsil. Digər oturacaqda oturan qızların diqqətini çəkmək üçün daha hər cür şit zarafatlar edirlər. Eşitməməyə çalışıram, amma olmur. Bir vəclə adamın qulağını döyəcləyir. Deyir yox e məni söy. Ürəyində söy. Hələ telefonda uca səslə meyxana dinləyəni də var. "Yuxum gəlir yatıram, gecən xeyrə qalsın, dərdi-qəmi atıram, gecən xeyirə qalsın"
Sürətinə tüpürməyim gəlir, ay qatar!!!!
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/11/yol-%c9%99hvalati
Comments