Yerdəki həyat.
Ümumiyyətlə NASA, SpaceX -dəkilər və ya Elon Musk düşüncəsində olan insanlar mənə çatmır da. Digər qlalaktikalarda həyat axtarınca Harami düzündə şəhərcik salsalar daha faydalı olmazmı, su çəksələr, ağac əksələr.. Əlində olan Yer planetini daha da gözəlləşdirmək olardı.

Məsələn, dünya əhalisinin xeyli hissəsi aclıq və susuzluqdan əziyyət çəkir. Bizim kənddə qaz yoxdu, meşələri qırıb yandırırıq, qlobal istiləşməyə qatqıda bulunuyorus zad. Əhmədlidə su yox idi bir aralar. Guya Marsda su tapsaq ordan bura durba çəkəcəyik? Halalca Oğuz-Qəbələ-Bakı su xəttini çəkəndə sui-istifadə edib xeyli boru satıb yemiş millətin nümayəndələriyik. Bizim əsgər hələ də postda ayda bir dəfə çimir, bit ilə ölüm-dirim savaşı edir, ərməni qalıb qıraqda. Spiral zajqalka( red-alışqan) ilə bit-birə ütüb yandırır. Novruz tonqalı.
Elon Muskun gmaili bilən varsa rəyə atsın, google translate edib bir iki kəlmə söz yazacam. SpaceX-in bütün lahiyələrindən əl çəkməsə mənə nə deyirsiz, deyin.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/12/yerd%c9%99ki-h%c9%99yat
Comments