Yaxşı usta işsiz qalmaz.

Nənəm deyirdi ki, yaxşı usta uzağı günortaya qədər işsiz qalar. Həqiqətən də gərək hər hansı peşənin sahibi olursan ol, işinin peşəkarl olmalısan ki, sənin işinə insanlar qiymət versin. Bizim dahi Nizami Gəncəvinin misraları yada düşür, deyir ki, "kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan".

Son işlədiyimiz evin tavan hissəsi

Usta olmaq asan deyil, müştərinin hər kaprizinə dözmək lazımdır. Səbrsiz usta işini sona qədər bitirə bilməz. Sonuncda insanlar hər şeyin yaxşısını, keyfiyyətlisini istəyirlər.

Digər otağın tavan hissəsi

Bir lətifə yadıma düşdü, deməli, bir xanım özünə ev tikdirmək istəyir, usatalarla danışır, razılaşırlar. Ustaların gündə iki dəfə də naharını ev yiyəsi verməli imiş. İlk günlər evin xanımı dadlı, kalorili yeməklər bişirir, anlayacağınız ətini, toyuğunu bol edir. Sonra hacıqaralığı tutan xanım fikirləşir ki, onsuz da ustalar evi inşa edirlər, ucuz yeməklərdən verim, günləri keçsin. Şor, pendir yeməkdən ustaların ağız dadı qaçır. Zaman keçir, evin işi yekunlaşır, halallaşıb ayrılır xanımla ustalar. Bir ay keçmədən ev uçur xanımın başına, canını güclə qurtarır. Axtarıb ustaları tapır, işin nədənini öyrənir. Ustabaşı deyir ki, ay xanım, sən verdin ətdən-mətdən biz vurduq bərkdən, bərkdən. Sən verdin şordan-mordan bizdə vurduq ordan burdan. İşin olayı bu. Xanım sora nə edib onu bilmirik.

Deməyim odur ki, əgər usta olmağı düşünürsünüzsə işə evdən yemək aparın.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/01/yaxsi-usta-issiz-qalmaz