Yaxınlaşan qiyamət.

Dini söhbətlərə maraqlı insanam, hərdən mübahisə etməyi də xoşlayıram. Heç bir səmavi kitaba inanmıram, bütün səmavi kitablarda qiyamətin olacağı barədə yəqin ki, hekayələr var. Dünyanın sonu gələcək və hamı sorğu-sual olunacaq, hər quzu öz ayağından asılacaq tipli hekayələr.

Mənim düşüncəmdə dünyada qiyamət günü iqtisadi böhranlar olanda olur. Ərzaq çatışmazlığı, su qıtlığı, tualet kağızlarının tapılmaması. Budur qiyamət günü, içməyə su tapmırsan nəyinki tualetə tökəsən, ya yuyasan özünü. Dağ-dərə deyil ki, otdan-ələfdən tapasan. Məsələn dörd milyonluq bir şəhər, insanlar su tapmır əl-üzünü yusun. Dəhşətli mənzərədir. Keçənlərdə suyumuz kəsilmişdi, əlimizdə vedrələr parklardan su daşıyırdıq, ağaclardan daha çox ehtiyacımız vardı suya.( parklarda yeraltı çənlərdə ehtiyat su olur ).

Mənim imkanım olsa və o yetkim olsa ölkədə ancaq ərzaq və su təhlükəsizliyini daha ön plana çəkərdim. Hər yeri əkərdim, pis çıxmasın. Bu da effekt verə bilməz, hər yeri əkməklə olmur, ağılla əkmək lazımdır. Bir hektardan üç ton buğda becərmək mümkündürsə bunu beş ton etmək haqqında işlər görərdim. İndi sol çiynimdə oturan mələk deyir ki, halva-halva deməklə ağız şirin olmaz, sağda oturan isə pıçıldayır, səndən hərəkərməndən bərəkət. Özüm isə deyirəm, "Əhməd, sən də bir lotoreya al da".
   
Bu gün "Amerika dolları iki ilə 30% dəyər itirəcək, qiyamət yaxınlaşır". Xəbərdə deyilirdi ki, bu proses iki ilə qədər bir müddətdə olacaq. Beş il əvvəlki düşüncəmdə olsaydım deyərdim ki, mənə nə? Bizim kimi ölkələrə, neftdən asılı olan ölkələrə birbaşa təsiri olacaq. Əgər o "qiyamət" olsa.  Pambıq əkməyə davam.
  image

Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/09/yaxinlasan-qiyam%c9%99t