Ya söyürlər, ya öyürlər.

Nə yazıq ki yazılarımızda ölkəmiz Azərbaycandan kənara çıxa bilmirik. Gündəmə uyuğun cızma qara edib atırıq qırağa, dərya bilməsə də balıq bilər misalı, dəqiq o məsəl necədi bilmirəm. Təxmini o formatda.


Bir vaxtlar var idi facebookda daha aktiv idim, yazılar yazardım, babat "like" yığan günlərim də olub. Sosial şəbəkələrə qeyri-ciddi yanaşmaq olmaz. Əslində bütün sosial şəbəkələrdə gedən mübahisələr, müzakirələr cəmiyyətimizin hansı səviyyədə olduğunu açıq şəkildə ifadə edir, ortaya qoyur. Müşahidələrimə görə əsasən iki qrupa ayılırıq hadisələrə baxışımız sarıdan. Müəllifi söyənlər və müəllifi öyənlər. Sonra bir qrup da ortaya çıxır, öyənləri söyür və ya əksinə. Beləliklə parçalanıb gedirik, ortaq bir qərara vara bilmirik.

Alimlər araşdırma aparıb maraqlı bir məqam ortaya çıxıb, söyüş söymək insan sağlamlığı üçün çox faydalıdır, stress atır insan. Sosial şəbəkələrdə bu nə dərəcədə effekt verir açığı hələ söhbəti tuta bilməmişəm. Kompüter arxasından söyüşmək də bir yenilikdir, müasir virtual vulqarizm demək olar görəsən?

Həm ədəbi, həm siyasi müzakirələr zamanı fikirlər bir balaca çəp düşən insanların bir-birini söyməsi hansı tərəfə çevirsək də etik deyil. Arqumentlər bitən andan söyüşlər dövrüyəyə girir. Biri bir qəpikdən.

Cəmiyyət olaraq tənqid və təhqiri bir birindən ayırmaqda zorlanırıq. Bizi tənqid edən adamı başlayırıq təhqir etməyə. Müzakirəli bir toplum olmaq üçün yəqin ki, mədəni mühit də önəmlidir. O da evdə, məktəbdə, universitetdə əkilən toxumlardı. Yektin insan olub cəmiyyətə atılanda yığdığın boxçadan xərcləyirsən. Nə yığmısan onu da verirsən, kasıbın olanından.

Layiq olmayanı öymək daha iyrəncdi, məqsədli şəkildə. Sabaha depozit edirmiş kimi.

Ədəbiyyat, sosial-məişət mövzularında yazılan yazıları böyük həvəslə oxuyuram yeri düşdükcə. Ədəbi mühitdə yazan yazıçı və şairlərimiz cəmiyyətimizdə ən çox söyülən şəxslərdir. Adam var yazını oxumadan söyür, bu lap dəhşətli mənzərədir.

image

 


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/09/ya-soyurl%c9%99r-ya-oyurl%c9%99r