Yalan.
Yalanı bəzən insanlar iki yerə ayırıb ağ yalan və qara yalan kimi adlandırırlar. Bəzi insanlar da iddia edirlər ki, ağ yalan günah deyil. Əksinə yaxşı bir şeydir. Amma bu sözlərlə yalnız özlərini aldadırlar. Çünki yalan yalandır. Belə bir atalar sözü də var ki, ilanın ağına da lənət, qarasına da lənət. Düzdür, bəzən digərlərinin yaxşılığı, xoşbəxtliyi üçün yalan deməli oluruq və yaxşı bir iş gördüyümüzü düşünürük. Amma unutmamalıyıq ki, yalan üzərinə qurulan xoşbəxtlik heç vaxt uzun çəkməz və sonu daha böyük hüsranla nəticələnər. Ömründə heç vaxt yalan danışmayan insan məncə yoxdur. Amma yenə də çalışdığımız qədər yalan danışmayaq. Hər insan dürüst insanlarla dostluq etmək istəyər. Çünki yalandan və yalançıdan heç kəsə xeyir gəlməyib. Siz siz olun, yalandan uzaq olun!

image
Yalan danışanlar həm özlərini digər insanların gözündən salır, həm də insanların ona olan inancını yox edir. Çoxlarımızın bildiyi belə bir hekayə də var: "Bir gün bir çoban olur. Bu çoban bir gün yalandan ay-haray edir ki, yetişin qonşular, canavarlar qoyunlarımı parçalayacaq. Qonşular gəldikdə isə bu çoban gülməyə başlayıb deyir ki, sizi aldatdım. Növbəti dəfə də eyni şeyi edir. Yenə qonşular gəldikdə gülməyə başlayır. Üçüncü dəfə də eyni şeyi edir. Amma sonra doğrudan da canavarlar qoyunlarına hücum edir. Bu yenə ay- haray edir. Amma qonşular onun yenə yalan dediyini düşünüb, getmirlər." Bu hekayəyə uyğun belə bir atalar sözü var: "Yalançını evi yandı, heç kim ona inanmadı." Yəqin ki, çoxlarınız bu hekayədən bir nəticə çıxararsınız.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/07/yalan
Comments