Yadıma düşən hekayələr silsiləsindən.

Deməli, bir nəfər sol əlində tutduğu çılpaq iynəni sağ əlini iki metrlikdən hərləyib olduqca asanlıqla saplayırmış. Bunun bu bacarığı el-aləmə səs salır. Söhbəti eşidən Sultan həmin şəxsi hüzuna çağırır ki, ona da nümayiş etdirsin. Hamı kimi Sultan da bu göstəriyə heyrətlə baxıb, maraqla soruşur. Ki, bu vərdişə neçə ildə yiyələnmisən? Deyir, Sultan sağ olsun, başım ayağının altına, düz qırx ilimi sərf etmişəm. Sultan başını qaşıyıb yanındakı əyanlara bəyan edir ki, buna qırx altun verin, hünərinin qiymətidir. Əmr icra olunur. Bir az keçmiş Sultan ciddiləşib ikinci əmrini verir. Deyir, indi də bu pəzəvəngə qırx zopa vurun. Niyə insan ömrünün qırx ilini belə axmaq bir peşəni öyrənməyə sərf etsin ki?

 


 

image

Məqsədim var, bu hekayəni anlatmaqda. Hər bir sənəti özünüzə peşə seçərkən yüz ölçün, bir biçin. Olmadı elə, oldu belə, biri də gəlib ömrümüzün qırxına haqladığımız zamanda bizə qırx zopa vurmasın.

Sağlıqla qalın, qısa olan hekayələr daha düşündürücü olur.


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/yadima-dus%c9%99n-hekay%c9%99l%c9%99r-silsil%c9%99sind%c9%99n