Xəzəl...
Kəndin işi bitməz, iş bitsə də kənd insanı işdən iş çıxarmağı sevər. Görər ki, bekarçılıqdı, səliqəyə saldığı bağı, hasarı söküb bir də düzəldər.
Belə bir teori var ki, kəndin işi bitməz. Bitir, sadəcə insan bunu bitirmək istəmir. İş insanın cövhəridir, ya da cövhərini çıxarır. Hələ yaz gələndə bağın çəpərini şəl gətirib, çal-çəpər etmək var. Çal-çəpər sözü elə belə söz deyil ha, bu sözü hər adam bilməz.
Nənə və babalarımız deyirdi ki, bekarçılıq pis şeydir. İndi bildiniz bu işlər niyə bitmir? Faydalı iş əmsalı fikri bizim kənddə işə keçmir, yaramır.
Xəzəl də bizim alnımıza yazılıb, xəzəl süpürüb yandırmaq, ağaclar emal edər, biz yandırarıq.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/11/x%c9%99z%c9%99l
Comments