Xəyallarının ardınca...

Xəyal qurmadan yaşayan insan yoxdu. Sadəcə xəyallarının ardınca getməyən insan var. Düzdür, hər kəs xəyal etdiyi həyatı yaşaya bilməz. Amma xəyallarını da gerçəkləşdirməyə bu gün başlamasa heç vaxt başlamayacaq. Bəzilərinin xəyalları çox böyük, bəzilərinin xəyalları kiçikdir. Amma fərqi yoxdu. Əgər qurduğun xəyal səni xoşbəxt edirsə onu gerçəkləşdirməlisən və sən hərəkətə keçmədən də bu xəyal gerçəkləşməyəcək. Buna görə də xəyalını gerçəkləşdirməyə indi başla, əlindəkilərlə başla. Bəzən digər insanları dinləyərək xəyallarımızdan vaz keçirik. Amma unutma ki, o sənin xəyalındır. Başqasına elə-belə gələ bilər. Amma ən əsas səni xoşbəxt edirsə, başqasını dinləmə! Xəyallarını gerçəkləşdir! Həqiqətən onda daha xoşbəxt olacaqsan. Həyatında başqalarının düşüncələrinə yer vermə! Öz həyatını özün qur!


image

Çünki bu sənin həyatındır. Sən dünyaya bir dəfə gəlirsən. Onda da başqalarının düşüncələri, qərarları, xəyalları ilə yaşama və xəyallarının ardınca get! Çünki həqiqətən onlar yolu bilirlər.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/07/x%c9%99yallarinin-ardinca