Vaxtsız banlayan xoruz.

Bekarçılıqdan adambilmir nə etsin, adamın ağlına qəribə məsəllər gəlir. Məsələn, bizim tərəflərdə belə bir məsəl var: "Vaxtsız banlayan xoruzu kəsərlər". Bu məsəlin tarixi zərdüştlüyə qədər gedib çıxır. Zərdüştlük demiş, bu din haqqında bir yazı yazmaq istəyirəm. Bizim topaqlarda yaşayan insanlar islam dinini qılıncla qəbul etməzdən əvvəl zərdüştlüyə inanırdılar. "Zərdüşt belə deyirdi" kitabında Nitsşe bu vaxtsız xoruz məsələsinə toxunmayıb, ümumiyyətlə Qərbdəki xoruzlar Şərqdəki xoruzlardan tamam fərqlidir. Şərq xoruzları daha tez banlayır, bunun da acı nəticələri başlarının kəsilməsi ilə yekunlaşır. İnanclara görə xoruzlar xeyirin şər üzərində qələbəsinin ilk siqnalını ifadə edir. Gecənin zülmətinin bitməsinin, yenidən günəş çıxacağına bir işarə edir. Amma axşamçağı banlayan xoruz pis bir hadisənin olacağına işarə sayılırmış. Vaxtsız banlayan xoruzun ona görə boyununu vururmuşlar.

image

Bu rəvayətlər, dini inanclar insanların iliyinə elə hopub ki, bu cəhalətdən, bu bataqlıqdan biri başını qaldırıb demir ki, gəlin işıq yanan yerə deyil də, it hürən tərəfə gedək.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/01/vaxtsiz-banlayan-xoruz