Vaxtımızı idarə etmək.
Dostlar, yəqin ki, mənim yazılarımı oxuyan yoxdur. Elə belə, boş-boşuna yazıram. Niyə yazıram sualını versəniz, cavab verərəm ki, bəlkə nə vaxtsa bu yazılar kiminsə köməyinə çata bilər. Bəlli yaşa çatandan sonra insan öz həyat tərzinə fikir verməli, öz zamanını və diqqətini planlı şəkildə bölməlidir. Gələk bir az detallı anlatmaya.
Bu gün nə edəcəm? Sual budur. Səhər özünüzə bir plan qurun. Və o planla hərəkət edin.
- Kitab oxumaq.
- İş axtarmaq.
- Film seyr etmək.
- Yatmaq.
Ən vacib bir məqam var, heç zaman televiziyaya baxmaq olmaz. Niyə? Çünki TV-lər sizə heç nə verməyəcək. Azərbaycan tv-ləri ilk sırada. Konkret olmaz. YouTube var, hər istədiyiniz geniş məlumatları izləyin, reklamsız filansız.
Qarşıya məqsəd qoymaq lazımdır. Günə necə başlamaq da önəmlidir. Yaxşı olar ki, planı bir cib dəftərinə qeyd edəsiz. Vaxtının qədrini bilən insan özünün də qədrini biləcək. Bu gün gənclərin ən çox gileyləndiyi bir mövzudur, "vaxtım yoxdur". Var, sən o vaxtın ayarını itirmisən. Yenidən ayarla. Bir plan qur, nütləq deyil nəyisə " nemes" kimi edəsən. Adət yarat özündə, o zaman görəcəksən ki, daha maraqlı gəlir həyat sənə.
Zamanın nəbzini tutmaq kimi bir şeydir bu sadaladıqlarım. Şair demiş, saatı nəbzinin üstünə bağlamaq zamanın nəbzini tutmaq anlamaq mənasına gəlməz.
Hər kəsə uğurlar. Yeni yazılarda görüşmək diləyi ilə.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/11/vaxtimizi-idar%c9%99-etm%c9%99k
Comments