Türmə qanunları, məhv olan gənclik.

Mafiya filmləridən ilhamlanan və türmə qanunları ilə idarə olunanmaq istəyən bir cəmiyyət formalaşmaqdadır. Məktəblərdə idarəetmə və təhsil səviyyəsi o qədər aşağıdır ki, bu cür qaranlıq dünyalara maraq durmadan artır. Burada mediyanın, sosial şəbəkələrin də rolu az deyil. Məsələn, kütləvi şəkildə Rövşən Lənkəranski və digərlərinin ölüm xəbəri, onların həyat hekayələri o qədər geniş insanlara, cəmiyyətə sıranır ki bu mövzulardan yan keçmək bir az çətin məsələ kimi görünür. Burada müəllim və digər ictimai qurumların üzərinə böyük yük düşür. Məsələn, dünən qarşıma bir video çıxdı. Bir neçə gənc bir yerə toplaşmış. Ad günü qeyd edirdilər. 10-14 yaşlı gənclər. Tortun üzərinə "vorzakone Anar" yazılmışdı. Xeyli baxdım videoya. Şok effekt yaratdı video məndə. Bu nə düşüncədir, bu nə trendir, bu nə yaşayışdır axı?!!!


image

Bu cür tipləri cəmiyyətdən təcrid etmək lazımdır. Gəncləri zəhərləyən bir nəsil yetişir. Bu bizə lazım deyil.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/12/turm%c9%99-qanunlari-m%c9%99hv-olan-g%c9%99nclik