Ətrafımız və biz.

Bizim ətrafımız həmişə bizə çəki düzən vermək üçün dəridən, qabıqdan çıxır. Yediyin yeməkdən tutmuş, geydiyin paltara, dinlədiyin musiqi, baxdığın filmə qədər. Sən onların zövqü ilə yaşamalısan( əgər buna onların zövqü var demək olarsa ).

Heç kəsə, yaxın ətrafına belə fikir verməmək kimi bir lüksumuz yoxdur, təəssüf ki. Mütləqdir ki, o zaman vecsiz olasan. Vecinə almayasan bu sənə düzən verən ərtafını. qohumunu, qonşularını.

 


 

Belə bir məsəl var, deyir, elin ağzı çuval deyil ki, yığasan. Deməli, bir kişi oğlu ilə yol gedir, isti havada, yanlarında da bir eşşək. Camaat deyir, bunlara bax e isti havada minin bu eşşəyi gedin də. Hər ikisi minir eşşəyə, camaat deyir, bu havada ikisi də minib eşşəyə, yazıq eşşək. Ata düşür, uşaq qalır eşşəyin üstündə. Camaat deyir, bunlara bax e uşaq eşşəkdə, ata piyada. Uşaq düşür, ata minir. Yenə deyirlər, ataya bax e uşaq piyada, ata eşşəkdə, yazıq uşaq.

Heş zad, nə edirsən et, nə qədər çalışsan da, vuruşsan da olmayacaq, yenə danışacaqlar. Vecsiz olun, ətrafınıza fikir verməyin, özünüz istəyən həyatı özünüz yaşayın, qoymayın kimsə sizin həyatınıza müdaxilə etsin. Bilirəm, bunu deməklə olmur, buna cəhd etmək lazımdır, bir dəfə birinə sərt cavab vermək lazımdır. Ondan sonra kimsə sizə müdaxilə etməyə cəhd etməyəcək.

Hər günə ötən gündən daha yeni bir planla və daha yeni bir həvəslə başlamaq lazımdır. Qonşuya, qohuma icazə verməyin o gününüzü zibilə döndərsin.

 

 

image


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/09/%c9%99trafimiz-v%c9%99-biz