Tənbəlliyə qalib gəlmək olarmı?
"İndi həvəsim yoxdur, bir azdan görəcəm işimi"
"Yatım durum, sonra gedərəm filan yerə"
"Gələn aydan metləq idmana başlayacam, bədənimi formaya salmalıyam, bu ay nəsə həvəsim yoxdur"
"İndi yatım, səhər durub oxuyaram dərslərimi"
"Qoy bir dənə də axırıncı qutunu da çəkim, atacam siqareti".
Kimi aldadırıq? Özümüzü? Ay həvəsim olanda edəcəm, nə bilim, bu gün özümdə deyiləm. Nədir bunlar bilirsiz? Boş-boş bəhanələr.
Bu fikirlər hamıya tanışdır. elə deyilmi? Bunların adı bəhanədir, tənbəlliyə aparan yollardı. Bizim ən böyük problemimiz hər etməli olacaq işimizi bir bəhanə ilə sabaha saxlamaqdır. Atalarımız deyib ki, bu günün işini sabaha saxlama. Əldən qalan, əlli il qalar. Sonra bu fikirlərə əks də olaraq deyiblər ki, gecənin xeyrindənsə sabahın şəri yaxşıdır. Beləcə ikitirəlik yaranıb, biz də çaşbaş qalmışıq.
Eləməli olduğumuz şeyləri etmədiyimiz üçün yalançı səbəblər uydurub özümüzü ona inandırırıq ki, günahkar hiss etməyək, suçlamayaq kəndimizi. Çoxumuz beynimizdə nələrinsə zamanı gələndə yoluna düşəcəyinə inanırıq. Gələcək zamandakı "nə vaxtsa" gəlməyə də bilər. Elə belə də davam edir həyatımız. Günlərimiz, aylarımız, həyatımız boş-boşuna gedir. Bir il keçir, iki il keçir biz hələ də yerimizdə sayırıq.
Belə bir kitab var, "Bəhanələrə yox" Brayan Treysi. Kitabdan bəzi nüansları qeyd edəcəm.
Bir işi görmək üçün motivasiya, həvəs və ideal şəraitin olması çox vacibdir. Təki hər işimizdə heç bir problem olmazdı. Ancaq olmur, hər zaman yolda yaşıl ışıqlar yanmır, bəzən qırmızı işıqlar bizi saatlarla yolda saxlayıb, yubadır bizi. Hələ bu yolların tıxacı var. Həyatda heç bir uğur rahat şəkildə əldə olunmur. Niyəsi yoxdur, olmur. Məcburdu?)) Bizə ən faydalı olan işlər darıxdırıcı və ürəkbulandırıcı olur. Çətin işləri ilk öncə görün, sonra bizə yük olacaq o işlər. Belə deyək, nəsə bir işimiz varsa ya o indi edilməlidir, ya da heç vaxt. Saxla samanı, gələr zamanı söhbəti parktikada heç də həmişə effekt vermir. Qulağımızda sırğa ediləcək bir ifadə olmalıdır, indi etməliyəm. Elə indi. Nəaliyyət qazanmaq üçün əziyyət çəkmək lazımdır. Şəxsi intizamı özümüzdə tərbiə etmə bacarığı olmalıdır. Şəxsi intizam əzələ kimidir, məşqi buraxdınsa daha geri qayıtmaq çətin olur. İnsan iradəsi ən önəmli məsələdir. İradəniz varsa siz həmişə qalib gələcəksiz.
Sağ və salamat qalın, yeni yazılarda görüşmək ümidi ilə.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/t%c9%99nb%c9%99lliy%c9%99-qalib-g%c9%99lm%c9%99k-olarmi
Comments