Tarixə salam.
Hərdən geriyə çevrilib baxanda Azərbaycan satirik ədəbiyyatımı deyim, ya nə deyim bilmirəm, kinojurnal deyək. Mozalan idi adı.

Mozalan 70-ci illərin ən gözəl satira nümunələrini yaradan bir kinojurnal idi. Uşaq vaxtlarımızdan sevə-sevə baxardıq, heç bir bölümünü qaçırmazdıq. Bizə gülməli gələn səhnələr əslində 70-ci illərin Sovet hökumətində olan çatışmazlıqlar idi. Bunu elə gözəl dil ilə anladırdılar ki, insan baxdıqca baxmaq istəyirdi. Bir səhnə var, insan bezib intihar həddinə çatıb, özünü binadan atmaq istəyir, xilasedici qrup gəlir, ordan bir nəfər qayıdır ki, sən nə edirsən a kişi? İntihar etdin, bunun yas məclisi var, bunun qəbirstanlıqda yer almaq pulu var, heç düşündün bunları? Adam sakitcə düşür aşağı. Bu mənzərə indiki zamanımızda da o qədər aktualdır ki, insan ölməyə də qorxur.
Mozalanın dili satura ilə bütün eybəcərlikləri xalqa çatdırmaq idi. Hərdən Youtube girin qarşınıza çıxan bölümlərinə baxın, möhtəşəm olublar mozalançılar.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/11/tarix%c9%99-salam
Comments