Tamaşa.
Qədim Romada xalq səfalət içində boğulurdu. Amma imperatordan tamaşa tələb edirdi xalq. Eramızdan əvvəl olub bu hadisələr. "Qladiator" filminə baxanlar anlar nə deməl istədiyimi. İl olub 2019-cu il. Biz də ona oxşar stadionlar tikirik. Bizə çörək yox, tamaşa lazımdır.

Anlada bilirəm ya geniş izah edim? Bizə idman laızmdır ya yox? Sual budur? Bu qədər idman obyektlərinə xərclənən pullar təhsilə yönəldilsəydi biz hara qədər gedə bilərdik? İnqilabi nəsə baş verə bilərdimi? Ən azı "divij-mivij" videoları ilə trend olmazdıq.

"Çörək yoxdusa, piroq var". Böyük dərddir.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/06/tamasa
Comments