Sürü psixologiyası.
Sürü psixologiyası deyə bir zad var. Baxmarsan, incələmərsən ki, işin əsli nədir, necədir, huya gedərsən, küyə gedərsən. Özünü atarsan qayadan, parça -parça olarsan. Buna tam olmasa da loru dildə sürü psixologiyası deyirlər. Kütləvi faciə və ya kütlə tərəfindən sorğu-sual olunmayan hadisələrə kütləvi baxış acısı.
Cəmiyyət olaraq sürü psixologiyası ilə yaşayırıq. Haydan gəlib, huya gedirdik, yolda bir dostumu gördüm, dedim, darıxıram. Dedi, biz buralı deyilik. Kimi qəliz, anlaşılmayan zadlar. Ön yarğılı davranmaq insanı pis duruma salar, ilk olaraq hadisələrə bir başqa tərəfdən də baxmaq lazımdır. Başqasının yerinə özünü qoymaq kimi. Bizdə bu mədəniyyət hələ formalaşmayıb. Zamanla olacaq deyə ümid edirik.
Bir keçi qayadan özünü atar, qoyunlar da başınl qaldırmaz elə onun dalınca. Qarğa və tülkünün təyyarədə getmək misalı qədər vardır bu söhbət. O lətifəni gələn yazıda yazaram, bir yerdə gülərik. Lətifə danışmağı sevirəm, özüm hamıdan çox gülürəm, onu tərgidə bilsəm, məndən Mollan Nəsrəddin olar.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/11/suru-psixologiyasi
Comments