Dünya bizim gördüyümüz kimi sadə, əlçatan deyildir. Bizim görə bilmədiyimiz o qədər gizli mətləblər var ki, həm elm, həm din bu sualların qarşısında aciz qalır. İndi bir anlıq fərz edək ki, dünyamızı dəyişdik, nələr dəyişəcək? Bizim dünyada olmamağımız elə dünyanın sonu anlamına gəlir, mənim düşüncəmdə dünyada yoxamsa dünya yoxdur. Ola bilərmi bu düşüncə bütün varlığıma hakim olsun, mən yaşama səbəbimi bu dünya ilə çərçivələyim. Sonra yaşamaq insana zor gələ bilərmi? Bizi bu dünyaya nələr və kimlər bağlayıb? İntihara yol aça biləcək hadisələri niyə bir anlıq beynimizə gətirib düşünürük? Varmı bir səbəbi? Həyatın gerçəklikləri zor olanda bir nəsnədən tutmaq istəyirsən? Ölsəkmi ya qalsaqmı? Belə suallar qarşısında qalarkən bir anlıq deyirsən ki, niyə mən bu dünyadayam?
image
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/11/son-soz