Sonsuzluq.
Sonsuzluq nədir? Yaşadığımız dünyada hər şeyin əvvəli olduğu kimi sonu da vardır. Amma bizə sonsuzluğu təsəvvür edin desələr onu beynimizdə canlandırmağa çətinlik çəkirik. NASA-dan görülən fotolara görə Yer Günəşdən nə qədər kiçikdir, amma Günəşdən dəfələrlə böyük olan ulduzlar var. Alimlərin dediyinə görə bizim qalakatikada 200 milyarda yaxın ulduz var. Amma bildiyimiz kimi kainatda başqa qalaktikalar da mövcudur və hər qalaktikada inanılmaz sayda ulduzlar var. Bu qalaktikalar kainatda milyardlarladır.
Həqiqətən də bunu təsəvvür etmək çox çətindir, əslində mümkün deyil. Dayanmadan genişlənən kainatda qalalaktika və ulduzların sayı daima çoxalır, sonsuz say əmələ gətirir. Bu boyda kainatda öz qalaktikamızdan kənara çıxa bilməyən insanlar bütün kainatda yeganə canlı bizik deməmiz bir az adamı utandırır, güldürür :) Hardasa, bu boyda qalaktikaların birində mənim fikrimcə mütləq hansısa formada canlılar var.
Paralel dünyalar bəlkə də var, orda yaşayan bir insan eyni bəlkə də mənim kimidir. Danışır, yeyir, içir, steemitdə blog yazılar yazır, dmania paylaşır, 2 steem dollar gəlir əldə edir.
Düşüncənin nə qədər genişdir deyə belə bir mövzu açmaq istədim. Düşünün ki, biz tək deyilik kainatda. İnsanlar digər planetlərdə də vardır, onlar da bu cür düşünürlər. Görəsən başqa bir dünya varmı. Bəlkə də onlar hələ icma quruluşunda yaşayırlar. Ya da feodalizmdir. Bəlkə də texnologiya o qədər inkişaf edib ki, heç yaşamırlar, özlərini dondurublar, gələcəyə saxlayıblar. O gələcək nədir deyə hey var gəl gəl edib, bir xeyli də düşünmək olar.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/sonsuzluq
Comments