Sən.

Çinlilər deyir ki, insan nə yeyirsə, nə düşünürsə, nə oxuyursa odur. Maraqlı yanaşmadır. Məsələn, dini tərəfədən yanaşsaq insanın yediyi qidalar birbaşa onun şəxsi keyfiyyətlərinə təsir edir. Razıyam, bir insan acı bibər yeyərsə onun dili acı olmalıdır. :) Qida və bu kimi zadlar çox da bizim pis insan olmağımıza təsir edə bilməz.


Düşünmək... Düşünə bilən insan bəşəriyyətin ən təhlükəli və ən keyfiyyətli insanıdır.

Oxumaq... İnsan oxuduqları əsasında özünə həyatda bir yol, bir cığır bəlirləyir. Bəs nə oxumusan, bu oxuduqlarının bir yan təsiri ola bilərmi? Sual budur. Terroristlər çox oxumuş və savadlı olurlar, bu oxuduqlarını hara tədbiq edirlər? Sual budur.

Ümumiyyətlə, insanoğlu bu dünyadan nə istəyir hələ düşünüb tapa bilməyib.


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/09/s%c9%99n