Siqaret.

Bir dəfə də olsun siqaret çəkməməliyik. Niyə bir dəfə də? Siqaret çəkməyin pis bir vərdiş olmağını bizə valideynlər sadəcə "olmaz" kimi izah etdikləri üçün biz o " olmaz"ın təsirindən çəkirik. Axı bunu tam olaraq izah etmək olardı. Sadəcə olmaz, bəs bunun niyəsi hardadır? İzahı hardadır? Adətən oğlan uşaqları yetkinlik yaşına girən zaman siqaret çəkmək istəyir, bu həmin yaşda yeniyetmələrin özlərini öz yaşlarından daha böyük kimi göstərmək cəhdləridir. Biz özümüzdən böyük görsən mək istəməyimiz çox yalnış hissdir, böyüklər də istəyir ki, kaş böyüməyəydik.

 


image

Özümdən danışım. Bir dəfə təkərə düşüb siqaret çəkmişəm. Və özümə sual vermişəm, niyə bu zibili insanlar çəkir? Heç vaxt da onu yenidən çəkmək arzusu olmayıb.

Siqaret elə bir bəladır ki, istehsalçı firmalar, şirkətlər onu ən çox yeniyetmələrə satmaq istəyir. Çünki bir dəfə yaranan alışqanlıq heç vaxt unudulmur, beynin bir yerində ilişib qalıb. Biz elə bilirik ki, siqaret çəkəndə əsəblərimiz soyuyur. Bəs əslində necədir? Doğrudanmı elə olur?


 

image

Siqaret çəkən zaman beyin bəzi hormonlar ifraz edir, bu da müəyyən zaman ərzində insanda xoş əhval yaradır. Bu ani bir hal alır və heç vaxt da o hiss yenidən bərpa olunmur. Biz də istəyirik ki, o xoş hissi yenidən yaşayaq. Ona görə siqaret çəkmək istəyirik. Əslində siqaret narkotik vasitələrin hamısından daha güclü təsirə malikdir. Zamanla əsəb və gərginlik yaradır.

 


 

image

Yaxınlarınıza, ətrafınıza anlatmağa çalışın ki, siqaret bəladır. Siqaretsiz həyat daha gözəldir. Həyatda rahat nəfəs almaq, gecələr rahat yatmaq üçün o zibili çəkməyin.


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/siqaret