Seriallar.

Bir saatlıq filmin mövzusunu yüz seriada çəkirlər olur tv seriallar. Azərbaycan kino sənayesində serialların mövzusu və baxım sayı bir-birinə dəng gəlir. Bizə nə verirlərsə onu rahatlıqla yeyən millətik. Ciddi mövzu varsa baxırıq, bayağı mövzu verirlər yenə baxırıq. Baxmağa ac millətik. Komediya mövzuları daha məhşurdu. Hamı komediya çəkir. Komersiya baxımından daha gəlirli olması hamıya məlumdur. Ciddi mövzulara kimsə baxmaz deyə bir alğı formalaşmış, Siz bizim seyirci kütləsinə nə zaman ciddi kino verdiniz ki, biz baxmadıq. "Bacanaqlar" və " Leyli və Məcnun" tv serialları üçün hər gün dodaqaltı gülürük. Hə bir də "Buğlama" var. Hər şeyə bir az da varsa gülmüşlüyüm var, amma bu " Buğlama"ya heç cür gülə bilmirəm.


image

Biz nə istəyirik, bizə nə göstərirlər...

Bu yazını yazarkən belə bəndəniz seriala baxır desəm yalan olmaz. "Çuxur evimiz, Yamac babamız".

Həyatımız serial olmuş, biz elin uşağının çəkdiyi gic-gic şeylərə baxırıq. İmkanım olsa qısa 5-6 seriala sıxan bir film çəkərdim.

Arzum budur ki, bizim də Netfixə çıxa biləcək serialımız olsun.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/12/seriallar