Seçimlərdə "azadlıq"

Hər bir insan öz düşüncəsində, öz seçimlərində azaddır. Bu ancaq sözdədir. Əmələ gəlincə biz istəyirik ki, hər kəs bizim görmək istədiyimiz kimi olsun, həyatını, yaşamını, arzularını, təhsilini, işini, hətta paltarını da bizim istəyimizə uyğun seçsin. Bu arada biz valideyniksə işlər daha qəlizdir. Biz istəyirik övladımız mütləq bizim istədiyimiz kimi yaşasın həyatını. Biz hər şeyin yaxşısını və pisini hamıdan yaxşı görürük, övladımız seçim edərsə mütləq hardasa büdrəyəcək, qorumaq qorxusudur bu? Əsla!!! Əgər bizim övladımız bir seçim edirsə ona dəstək olmaq əvəzinə "yox, sən bunu bacarmarsan, gəl belə et" deyib, onu öz dar düşüncəmizin çərçivələrimizdə sıxırıq.

 


 

image

 

Nədən belədir? Bizi də belə ediblər. Bu ənənəni davam etdiririk. Vərdişləri qoruyaraq gələcək nəsillərə çatdırmaq istəyirik. Neçə-neçə dostlarım var ki, sırf atası-anası istəyib deyə hüquq oxuyub, cərrah olub, nə bilim jurnalist olub. Diplomu alıb gətirib verib evə ki, al bu sizin, mən həkim olmaq istəmirdim, kosmonavt olmaq istəyirdim, nə bilim təyyarəçi olmaq istəyirdim. İstəsə ki, öz istəyinin dalınca getsin, alınmaz, vaxt ol vaxt deyil, yaş o yaş deyil, zaman o zaman deyil.

 


 

image

 

Biz çalışmalıyıq ki, övladlarımız seçimlərini özləri etsin, biz dəstək olaq. Bilirəm, bunu etmək çox çətin bir prosesdir. Əsas olan biz sevdiyimiz insanlara güvən hissini verə bilməyimizdir, məsələn, biz övladımıza nə edərsə ona dəstək, onun yanında ola biləcək hissini versək, onlar çox başarılı olacaqlar. Həyatın axarına düşə biləcəklər. Əlbət, bunlar nəzəriyyədir, həyatın praktikası tamam başqa bir gerçəklikdir.


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/09/seciml%c9%99rd%c9%99-azadliq