Üç ərəbin söhbəti.

Sosial şəbəkələrdə belə bir şit zarafat dolaşırdı. "Ərəblər 9-cü əsrdə bir dəfə və 21-ci əsrdə ikinci dəfə Azərbaycanı işğal elədilər, hardasan ay Babək?"

Bu tezizdən mövzuya getsək ən çox işğala məruz qalan rayon da Qəbələ oldu, hər kolun dibindən bir ərəb çıxırdı.

Ölkə turizm sektorunda keçən illərə nisbətdə ərəblərin bura gəlişi azaldı. Niyə bu baş verdi, araşdırmalı mövzudur.

Bəziləri deyir ki, daha çox xidmət haqqı almışıq, 1 manata olan nəyisə 10 manata itələmişik, mədəni dillə desək.

Birinci işğalda bizə din gətirdilər, görəsən bu səfər nə gətiriblər?

Cənnət burdadı- Azərbaycanda. Ərəblərin axirəti iflasa uğradı.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/06/uc-%c9%99r%c9%99bin-sohb%c9%99ti