Qızıl Əhmədi alması və ticarət.
Keçən yazılarda qeyd etmiş deyəsən, meyvələrdən üç meyvə var, üçü də balam, yeməli. Biri alma, biri heyva, biri nar.
Biz indi birincidən danışacayıq. Alma haqqında. Bizim tərəflərdə ən məhşur alma "Qızıl Əhmədi" almasıdır. Adını niyə bu cür qoyublar bilmirəm, amma tam olaraq, qırmızı əhmədi də ola bilərdi. Qəbələ və İsmayıllı rayonlarında ən çox adla tanınan alma növlərindən biridir. Tərkibində dəmir daha çox olduğu üçün bir dişlək alan kimi rəng dəyişir, bəlkə də qızıl adını ona görə qoyublar. Yəqin ilk dəfə bu almanı Əhməd adlı bir kişi dişləyib. Lap Adəmin cənnətdə alma yeməsi kimi. Kaş yeməzdi o başıbəlalı almanı. Biz də Əhmədi Qəbələdən qovardıq.
Əvvəlki illərlə müqayisədə məhsuldarlıq çox aşağı səviyyədədir. Özümüzə güclə çatır, satmağa heç nə tapmayanda Qubadan şafran almasını alıb Bakının bazarlarında Qızıl Əhmədi adı altında millətə baha qiymətə soxuruq.
Çəkdiyim bu alma öz bağımızdandır. Əgər yazı yaxşı gəlir gətirsə evə Quba alması alacam, ticarət olsun. Aldım qoz, satdım qoz misalının ağ və qırmızı almaya yansıması.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/qizil-%c9%99hm%c9%99di-almasi-v%c9%99-ticar%c9%99t
Comments