Qutab.
Kimin yolu bizim məmləkətə düşsə milli mətbəxin əvəzolunmaz təamı ilə rastlaşmaması qeyri-mümkündür. Bunun adı qutabdır. Qərb rayonlarında kətə deyirlər. Gəncə tərəflər. Bakının əksər yerinlərində Gəncə qutabı adlanan "fast food" obyektlərinə rast gəlməmək mümkündür. Türk dönərləri ilə açıq rəqabət halında mübarizəni davam etdirir. Mənim fikrimi soruşsanız qalib gəlmə etimalı daha böyükdür. Niyə də yox? Öz ətimiz, öz qutabımız deyə yola çıxmışıq, kim durdura bilər ki bizi?

Məsələn, Novxanı tərəfə yolu düşən insanların Corat qutabı yemədən dönmələrinə bir az pis baxırlar. Bizdə qutabın növləri çoxdur. Biz deyərkən Azərbaycanı nəzərdə tuturam. Bizim rayonda pəl qutabı daha geniş yayılıb, amma paytaxt Bakıda dəvə qutabı. Mən pəl qutabını heç bir corat və dəvə qutabı dəyişmərəm.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/05/qutab
Comments