Quba, Xınalıq kəndi.
Xınalıq kəndi Qafqaz dağlarının ən yüksək zirvələrində yerləşən kəndlərdən biridir. Hardasa 2500 metr yüksəklikdə salınmış bir yaşayış məntəqəsidir.

Xınalıq kəndində yaşayan insanların öz dili və yazısı var. Bura çox unikal bir yerdir. Dünyanın tək-tək yerlərində bu cür kəndlər var. Yüksəklikdə yaşamaq həyat şəraitlərini yaşanmaz hala gətirsə də insanlar burada hallarından məmnun kimi görünürlər.

Dünyanın düz yerləri varmışkən niyə insanlar dağların başında yaşasın ki? Bunu anlamış deyiləm.

Burada müasir məktəb və yolun olması adamı bir az qərib hallara salır.

Dünyanın düz yerindəki bizim kəndin nə yolu var, nə də təbii qazı. Tufağın dağılsın, a dünya!!!
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/03/quba-xinaliq-k%c9%99ndi
Comments