Qəbələ haqqında.
Mövzu qıtlığı çəkirəm deyə öz doğulduğum rayon haqqında məlumat vermək istəyirəm. Qəbələ rayonun tarixi ta qədimlərə gedib çıxır, e.ə 4-cü əsrdə əsası qoyulub. İki dəfə ad dəyişiminə məruz qalıb. Qəbələ-Qutqaşen-Qəbələ. Əhalisinin sayı yüz min nəfərdən çoxdur. Nəqliyyat kodu 36, telefon kodu +994 24, poçt indeksi 3600, rəsmi internet səhifəsi www.gabalacity.com-dur. Qoz, fındıq və şabalıd meşələri ilə zəngin olan bu rayon mineral bulaqlar və bolsulu çayları vardır. Şabalıq meşələri bu rayonun təbii sərvətidir. Düzü çoxusunu qırıb parket etmişik amma qalıb bir az. Meşələrində olan palıd, vələs çökə kimi ağacların yaşı 500 ildən çoxdur, hərəsi özündə tarixin bir səhifəsini daşıyır. Burada endemik bitkilərdən olan dəmirağacı meşəsi vardır, təəsüf bunu qorumurlar.
Qəbələ rayonu respublikanın turizm mərkəzinə çevrilmişdir. 2004-cü ildən bəri burada həm otellər, həm də sənayə obyektləri tikilmişdir. Ən böyük parklardan biri salınmışdır, beynəlxalq aeroport da istifadəyə verilmişdir. Düzü aeroport ən önəmli olan bir proyekt idi, həç yükdaşımada, həm də turizmin inkişafı üçün təkan oldu.
Gələk əhalinin yaşam tərzinə. Biz şəhərləşmə mərhələsindəyik, kəndimizdə qaz yoxdur. Amma bu o demək deyil ki, biz şəhərli ola bilmərik. Bilərik, guya Bakının hər yerində qaz var? Mizahım yansın, guya ironiya edirəm də. Əhali əsasən əkinçilik və maldarlıqla məşğul olur. Son zamanlar taksi fəaliyyəti daha çox inkişaf edib. Biz hotellərə, bulaqlara, şəlalələrə ərəb daşıyırıq. Yayda babat pul qazanıb, qışda xımır-xımır yeyirik.
İnkişafın ən yüksək mərhələsindəyik. Ərəbə ağ xiyar turşusunu 100 dollara soxmuşuq. Ərəblər hələ də xiyar vəziyyətindədir.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/q%c9%99b%c9%99l%c9%99-haqqinda
Comments