Pul qazanmaq sağlamlığa ziyandı.
Siqaret çəkmək sağlamlıq üçün ziyandı. Bizdə siqaretlərin üzərinə bu cür yazılır, qərb ölkələrində "siqaret öldürür" yazır. Biz tütün istehsal edən ölkə olduğumuz üçün bu ifadəni istifadə etsək niyyətimiz ilə əməlimiz uyğun gəlmir. Bizim insan bazar insanıdır, daşı belə satıb pul çıxara bilir. Amma pul insanı öldürür. Siqaret şükürlüdür. Pul anidən insanı öldürür. Siqaret kimi hissə-hissə xəstələndirib deyil.

Yerə vurulan mərmərləri pul hesab edin, neftin pulu səpirik küçələrə. Sonra yağışda, qarda insanlar sürüşüb yılır, ölür. Hələ belə yıxılıb ölənlərin statistikasını aparan olmayıb. Amma əminəm sıxıntıdan, ehtiyacdan intihar edənlər olub. Dərd içində boğulmaq daha çətindir, nohurda asan.

Bir qaşıq suda boğulmaq kimi.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/06/pul-qazanmaq-saglamliga-ziyandi
Comments