Piyada haqlıdır, sürücü mədəniyyətsiz.

İllərdir yollardayam, ictimai nəqliyyatda, taksilərdə nə bilim nələrdə. İllərdi insaları müşahidə edirəm. Hər iki tərəfdən insanların haqlı və haqsız olma durumlarına nəzər yetirirəm. Piyadalar piyada zolağında haqlıdır, onların yolu keçməsini gözləyən nəqliyyat sürücüləri onların tələsmədiyini gördükdə söyürlər, onlar da öz acısından haqlıdır. Qarşılıqlı olaraq hamı bir birini söyür. Sürücülər "elə bil parkda gəzirlər" deyir, piyadalar"hara sürürsən, ay oğraş?" Bu cür mövzular olur.

Azərbaycan dünyada ən çox yol-nəqliyyat hadisələri qeydə alınan ölkələr sırasındadır. Piyada ölümləri də statistik göstəricilərə görə çox yüksəkdir. Burada təkcə günahkar sürücülər deyil, piyadalar da həmişə "piyadalar haqlıdır" deyə yeri gəldi-gəlmədi basıb yolu keçməməlidir. Piyada və sürücü mədəniyyəti qarşılıqlı olmalıdır.


image

Və Azərbaycan o ölkələrdəndir ki, maşın alıb sonra sürücülük vəsiqəsi almağa maşını sürə-sürə gedirlər.


image

Hələ bu ölkədə "Sürücülərə yol qayda-qanunları öyrədən" radio proqramı var. Deyiləsi dərd deyil.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/12/piyada-haqlidir-surucu-m%c9%99d%c9%99niyy%c9%99tsiz