Payız əkinçiliyi. Dəmyə.

Biz kənd adamıyıq, bizim çörəyimiz daşdan və kəsəkdən çıxır. Elə də asan həyat tərzi keçirmirik. Günlər, aylar burda bir az daha uzun keçir, təbiətlə təmas insanı daim cavan saxlayır deyirlər ha, yalandı. Təbiət insanı elə günə qoyur ki, gəl görəsən. Yaz əkirsən, yay biçirsən, payız gəlir yığırsan, guya qış gələndə də yeyəcəksən, olmur. Qış sərt gəlir, donur gedir hamısı. Bu da kənd həyatı.

 


Bizim yerlər dağ yerləri olduğu üçün əkinçilik əsasən payızda aparılır, buna dəmyə əkinçiliyi deyilir. Yəni suvarılmayan əkinçilik. Taxıl və arpa əsasən payız aylarında həyata keçirilir. Fikirlərimizi açıq ifadə etsək, elə də yüksək məhsuldarlıq olmur, sadəcə baş qatırıq. Aldım qoz, satdım qoz.

Mal-qara üçün ot-ələf olsun deyə başımızı qatırıq. Biz də kənd insanıyıq deyə bilək, o əppəyə and içək.


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/payiz-%c9%99kinciliyi-d%c9%99my%c9%99