Payızlıq.
Kəndin bir işi yaxşıdır ki, meyvəyə pul vermirsən. İqlimə uyğun gələn bütün meyvələr bitir, yetişir bizim tərəflərdə. Alması, heyvası, narı(narı söz gəlişi dedim, mahnıda var deyə, nar olmur bizim diyarda) qozu, fındığı da öz yerində.
Qəribə bir deyim var, "payızlıq". Buna başqa nə ad vermək olardı bilmirəm, amma payızlıq nəsə oturmur üstünə. Niyə payızlıq? Payızda bütün meyvələr yetişir, yığıb qışa tədarük edirik, adı da olur "payızlıq".
Şəkildə gördüyünüz meyvələr öz bağımızdandı, o filmdə deyildiyi ki, öz fermamızdandı.
Kənd yerində bazardan meyvə alana bir az pis baxırlar, çəpəki :)
Comments