Odlar yurdu Azərbaycan.

Məsələn, mən indi deyəcəm ki, bizim kənddə mavi yanacaq yoxdur mənə güləcəksiniz. Gülməyin, yoxdur. Neft və qaz ilə zəngin olan bir ölkənin ucqar olmayan bir kəndində qaz yoxdur. Biz meşələri qırıb qışda isinmək üçün istifadə edirik. Məsələn, hökümət də "təbiəti qoruyaq, hərəyə bir ağac əkək" adı altınsa sosial lahiyələr həyata keçirir. Qəribə bir ölkədə yaşayırıq. Ordan təbliğ edirik, burdan kəsib yandırırıq.


Bu gördüyünüz mənzərə adi mənzərə deyil, otuz ildə böyümüş, yaşlanmış ağaclardı. O deyirik e bəs hər ağac bizim oksigen mənbəyimizdir. Yalandı, hər ağac bizim istilik mənbəyimizdir. Kəsirik, gətirib odun peçinə atıb yandırırıq.

Bu qədər ironiya kifayətdir. Problemlərin mərkəzini tapıb çözmək lazımdır. İndi hansı zəmanədir ki, ağaclardan oduncaq kimi istifadə edəsən. İnsanlar Marsa ayaq basır a kişi, biz odun yandırırıq, sağlam ağacların belini vururuq yerə.

Bizdə meşə sahələri iki dəfə soyqırıma məruz qalır il ərzində biri yazda mal-qara tərəfindən olur, biri də payızda insanlar tərəfindən. Təbiət bumeranqdır, bunları bizə heç vaxt bağışlamayacaq, nə zamansa geri qaytaracaq, fəlakətlər, sel-su, daşqınlar nəticəsində. Onda deyəcəyik ki, allahın işidir, təbii fəlakətdir. Deyil, biz etmişik, edirik.

Bir dəfə bizim kəndi az qala sel aparacaqdı, sonra səbəbini öyrənməyə çalışdıq, tapa bilmədik. Əslində səbəb o idi ki, çayın kənarındakı meşə zolağını tamamilə qırıb yandırmışdıq.

Qaynaq göstərmədiyim şəkillər mənə aiddir.


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/10/odlar-yurdu-az%c9%99rbaycan