Hə onu deyirdim axı, bu Güneyli qardaşlarımız "Səni deyirlər" mahnısı adı altında bir əyləncəli kompaniya başladıblar. Deyərsiz ki, burda nə var ki? Heş zad. İranda durumlar bir az fərqlidir. Ölkə şəriət qanunları ilə idarə olunan bir yerdir. Orada qadınlar başıaçıq gəzə bilməz nəinki qol açıb oynasın. Amma gənclər artıq rejimin bu axmaq qanunlarından bezib. Fikrimcə etirazın ən böyük etki verdiyi yöntəm də adi bir şeyin kütləvi şəkilə salınmasıdır. "Səni deyirlər" kimi.
Bütün sosial şəbəkələrdə elə bir populyarlıq qazandı ki, Güney Azərbaycan, Quzey Azərbaycan bir-birinə qarışdı. "Adi bir manhı, nə var ki burda?" deyə bilərik. Amma hər kəs bir oldu sanki. "Dağları dəlləm, yanuva gəlləm "İranın molla rejimini" qorxudan bu olmalı.
Güneyli soydaşlarımızın ən zəif nöqtəsidir Quzey Azərbaycan. Bu millət bir-birinə çox düşkün, zatən bir millətdi. Sərhədlərin ayırdığı, insanların yaratdığı bir fəqli yaşamlar.
Biz Quzey Azərbaycan olaraq bu #senideyirlər kompaniyasına daha çox hərəkət verdik, cəmiyyətin bütün təbəqələrinin bu əyləncəli göstərişə qatılacağını güman edirdim, yanılmadım. Yəqin ki, öz aləmimizdə Güneyli soydaşlarımıza dəstək vermiş olduq.
Artıq toylarımızın ən sevimli mahnısı olacağından da əminəm. Toyun olsun, ay müsəlman qardaşlarım.
Biz heç vaxt birləşib Turan zad olası deyiklik, amma İran molla rejimi orda o mahnı altında oynayan gəncləri həbs edibsə bizim düşünəcək çox şeylərimiz var.