Mən iki nəfərəm, bəlkə də çox.

"Hər çiynində bir mələk var, hərəsi sənin qulağına bir söz pıçıldayır" söhbətinə az qalsın inanıram.


photo

İçimdə biri var, səhər oyanıram, deyir, biz az da yat, hələ vaxta var, sonra qalxarsan. Yatıb qalıram.

Yolda biri var, deyir, bu marşurtu burax, o biri ilə gedərsən. İşə gecikirəm.

Telefonumda biri var, deyir, "adboy" elə, lazım olsa, özü yığacaq. Aylarla uzaq düşdük dostlardan.

Kitabın maraqlı yerində deyir, at bunu kənara, guya bunu oxusan nə olacaq ki? Sonunu bilmədiyim hekayələr var.

Beləcə mən tək deyiləm, bəlkə də çoxam, kənardan baxılsa bəlkə də yoxam.

 

 

 


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/11/m%c9%99n-iki-n%c9%99f%c9%99r%c9%99m-b%c9%99lk%c9%99-d%c9%99-cox