Meşələrin sonu, kəndin çal-çəpəri.
Yaz gələr gəlməz insanlar meşələrə üz tutur, xırda ağacları qırıb şəl düzəldirlər, bu nəyə yarayır desəz, bu şəllər ilə çal-çəpəri yenidən qurur. Yaz gələndə bağın hər tərəfindən əhatələnən çəpəri şəl ilə yenidən qurmaq lazımdır ki, mal-heyvan bağa hücum çəkməsin.

Bu həm əziyyətli, həm də hələ ömrünü yaşamamış ağacların soyqırımı deməkdir. Başqa carə də yoxdur, imkan baxımından həyətin, bağın kənarlarını daş ilə hasar çəkmək bir az bahalıya mail olur.

Yaxın zamanda buna bir çarə qılmaq lazımdır. Təbiəti qoruyaq zad söhbəti bizim kənddə bağımızı qoruyaq kimi ifadə edilir.

Təşəkkürlər.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/04/mes%c9%99l%c9%99rin-sonu-k%c9%99ndin-cal-c%c9%99p%c9%99ri
Comments