Ələt və Nəvai.

Bizim tərəflərdə belə bir əhvalat gəzirdi. Deməli, bir qardaş öz həyatının, güzəranının yaxşı olmamasında ulu babasını günahkar bilirmiş, yeri düşəndə babasını da söyürmüş. Deyirmiş ki, 1700-1800-cü illərdə, sərhədlərin olmayan vaxtlarında niyə çıxıb buralardan getməyib, avropada həyat qurmayıb ki? Niyə Qusarın Mucux kəndində, dağ başında, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yaşayasan ki? Niyə də, niyə? Açığı böyük dərdir. Adam haqlı. İndi gələk bizim yazıya, insan niyə Ələtdə yaşasın ki?

İnsan burda necə yaşıya bilər ki? Bax belə gic-gic sullar dolaşır adamın başında. Quru, bom-boz çöllər. Adam həyatdan usanır, küsür.

Nəvai adlanan yer bir az Ələtdən fərqlidir. Bir az yaşamaq üçün ümid var.

Burda insan bu balaca fidanlardan tutunmaq istər. Bəlkə həyat işartıları vardır burada.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/05/%c9%99l%c9%99t-v%c9%99-n%c9%99vai