Lənkəran.

Üç-dörd il bundan qabaq belə bir meyxana gündəmə gəlmişdi, "fikir aparır çorta məni, Lənkərana Porta məni". Lənkəran deyəndə ağıla gələn ilk şey "Lənkəran çayı" və stropik meyvələrdir.

Çort və Port ikinci mərhələdə ağıla gəlir. Təbiətcə çox zəngindir. Həm bitki və də heyvanat aləmi qeyri-adilik və zənginlik ilə dolub daşır.

Dəniz sahili olması balıqçılıq və gəmiçilik sahələrinin daha yaxşı inkişaf etməsinə nədən olmuşdur. Amma yenə də "balıq ləvəngisi"nin adını çəkməsək olmaz. Talış mətbəxi və ləvəngisi.

Dağ havası və iqlimin daha mülayim keçməsi insanların uzunömürlü olmasına səbəb olur. Lənkəran və Lerik Azərbaycanda uzunömürlülərin yaşadığı yerlərdəndir.

Turist axını barədə Lənkəran şanslı bir məkandır.

Dəniz, zəngin təbiət, milli mətbəxt, dadlı təamlar. İnsana daha nə lazımdır ki? Ölmədən gedib görəcəyiniz daha gözəl bir diyardır Lənkəran.

Təşəkkürlər.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/03/l%c9%99nk%c9%99ran