Lələ köçüb...

Bizim tərəfdə belə deyim var, "Lələ köçüb, yurdu qalıb". Azərbaycanda elə kəndlər var ki, orda nə lələ qalıb, nə də yurdu. Dəvələri də yoxdur, hamısını satıb Bakıya gəlib. Mən də o siralardayam. Xub. Bir iki at qalıb oralarda, onları da faytonlara qoşub yola düşmək qalıb. Yel əsib, qoz tökülüb. Qınamaq olmaz. Kəndlərdə, regionlarda durum acınacaqlıdır. Hər kəs başının çarəsinə bir cür baxmaq istəyir. Bir yanda o ağır yaşam tərzi, bir yanda da Xəzər var, asfaltlı Bakı.


1

Kəndə əkin-biçin, qorxusuz otlayan qoyun sürüləri, sakitlik, insanların dinc həyatı var. Bircə yaşam səviyyəsi yoxdur. Madiyyat. Bax bu önəmlidir. Bakımızda nə var? Səs küy, tıxac. Bir də külək var. Bizi qoymur rahat nəfəs alaq.


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/11/l%c9%99l%c9%99-kocub