Kəndin dadı, duzu.

Qəribə gəlir şəhərdə yaşayanlara baltanın səsi, dəriyazın otu biçməsi, qoyunun mələməsi, çaqqalların ulaşması. Bu səsləri eşidirsizsə deməli, kənddəsiz. Hər şey göründüyü kimi sadə deyil. Bu sadaladıqlarım insan əməyi, zəhməti, tökdüyü tər hesabına başa gəlir.

"Hər şey təbiidir kənddə" fikri daha tarixə qovuşur. İndi kənd sakinləri də mağazadan "broyler" toyuğu və onun yumurtasını alır. Adını da qoymuşuq-"mağazin yumurtası". Kənardan eşidən də düşünər ki, mağazalar özü yumurtlayıb o yumurtaları.

Kənddə yaşayan hər bir ailə özü-özünü təmin etmək bacarığına malik olmalıdır. Məsələn, kənd sakini bazardan tərəvəz alırsa vəziyyət "ruscadı".


Bir dəfə şəhərdə yaşayan qohum söz arası dedi ki, kənddə yaşamağa nə var ki. Haranı qazansan kartof, soğan çıxır. Yox, əsla elə deyil. O kartofu ora əkməsən, dünyanın ən məhşur sehrbazı da olsan ordan kartof çıxarda bilməzsən.

Təbii olan hər şey insanı özünə cəlb edir, təbiət, yaşıllıq, dağlar, bulaqlar. İnsan bunları bir az da özünə uyğun şəkildə yenidən şəkilləndirməyə çalışır. Bu zaman təbiət öz sərt üzünü göstərməyə çalışır.

Bizim tərəflərdə dağların meşələrini kəsib parket edib satırıq, yandırıq, qaz yoxdur, başqa əlac yoxdur. Bunun da təsirini tez bir zamanda leysan yağışları nəticəsində görürük. Dağlara yağan yağışlar torpağı daha tez yuyub sel yaradır, bütün kartof və taxıl sahələrini alıb qabağına gedir.

İnsanlar təbiətin ən qorxunc, ən təhlükəli dünmənidir. Deyir, insanlar olmasa Yer kürəsi gözəl planetdir.

 

image


Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2018/09/k%c9%99ndin-dadi-duzu