İsmayıllı, Lahıc kəndi.
Lahıc kəndi İsmayıllı rayonunun ən görməli yerlərdən biridir. Demək olar ki, dağların tən ortasında salınan unikal bir kənddir. Əhali əsasən misgərliklə məşğul olur, turistlər daha çox burdan mis qab-qacaq alır gedirlər.

Bu dağların arxasında bir kəndin olacağı kimsənin ağlına gəlməz. Qədimdə bəzi siyasilər burada gizli olaraq yaşamışlar.

Bu kəndə qalxan yolda üzbə-üz gələn maşının biri geri qayıtmağa məcburdu. Qışda yollar keçilməz olur.

Qədim tikilər qəsəbəyə daha da gözəllik verir.

Lahıcda yaşayan əhalinin çox hissəsi İrandan gələn "tatlar"dır. Müsəlmandırlar.

Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/03/ismayilli-lahic-k%c9%99ndi
Comments