İllərin şahidi.
Bu ağac bəlkə də bizim kəndimiz ilə həmyaşıdır. Mən gözümü açandan bu qaranlıq dünyaya elə bu qovaq ağacı bu görkəmdə, bu libasda çayın kənarından kəndə baxır, ona göz-qulaq olur. Allah bilir neçə yaşı var, hər il bizim kimi libasını dəyişə-dəyişə ömür sürür sonsuzluğa.
Bu uşaq da böyüyəcək, bu ağacın hələ də burada olmağına şahidlik edəcək. Məhəmmədir oğlumun adı. Tarix yazır ağaclara :)
Comments