HP-Hərbi tibb və kompüter texnologiyaları nəhəngi.
1939-cu ildə iki elektrik mühəndisliyi üzrə təhsil alan tələbə Vilyam Hyulet və Deyvid Pakkard bacarıqlarını müxtəlif məhsullar üzərində sınamaq üçün texnoloji cihazlar hazırlayan şirkət yaratmaq qərarına gəlirlər. Bu şirkətin adını isə öz soyadlarının baş hərflərinin birləşməsindən yaradırlar. Beləliklə daha sonra dünyanın ən nəhəng texnologiya istehsalçılarından birinə çevriləcək "HP" -nin əsası qoyulur.

image
HP ilk satışına Disney film studiyasının sifarişi ilə audio tezlik tənzimləyici cihazı ilə həyata keçirib. Şirkət öz fəaliyyət sahəsini genişlətməyə məhəl tapmamış 2ci Dünya müharibəsi başlayır. Amma müharibə vaxtı istehsal dayanmır, şirkətin cihazları Abş-ın ordusunda böyük əhəmiyyət qazanır və HP Abş-ın Hərbi Araşdırmalar Mərkəzi ilə birgə antiradar texnologiyası üzərində çalışmağa başlayır. Müharibədən sonra Vilyam şirkətin istehsal Makkabi isə biznes tərəfini idarə edir. Koreya müharibəsində ABŞ a bir çox hərbi texnoloji qurğular satan şirkət külli miqdarda gəlir əldə edir. Daha sonra tibb sahəsindəki texnoloji qurğularında istehsala başlayan şirkət davamlı şəkildə hərbi və tibb sahəsindəki məhsullarını inkişaf etdirir.

image
Daxil olduğu bütün sektorlarda uğurla irəliləyən şirkət kompüter sahəsində giriş etmək qərarına gəlir. 1966-cı ildə şirkət daxili əməliyyatların aparılması üçün hazırladıqları kompüterin dəyişdirilmiş versiyasını HP adı ilə satışa çıxarır. . Şirkətin kompüter sahəsindəki ilk uğuru kompüter yox printer olur. 1984-cü ildə satışa buraxılan ilk “Bella iz Red” şirkətini ən çox satılan məhsuluna çevrilir. Doxsanıncı illərin başlanğıc dövründə HP yeni kompüter nəslə uyğunlaşa bilmir və şirkətin dəyəri get-gedə azalır. Bu prosesdən sonra şirkət dünyadakı 3 ən böyük kompüter istehsalçısından birinə çevrilir. 2001-ci ildə HP İntel ilə birlikdə ilk 64 bit mikroprosessor hazırlayır. Artıq kompüter sənayesində davamlı inkişaf dövrü başlayan şirkət 2007-ci ildə 100 milyard illik gəlir əldə edən iri texnoloji şirkət adını qazanır.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2020/01/hp-h%c9%99rbi-tibb-v%c9%99-komputer-texnologiyalari-n%c9%99h%c9%99ngi
Comments