Horadiz. Füzuli rayonu.
Yarıdan çox ərazisi Ermənistan respublikası tərəfindən işğal altında olan bir rayondur Füzuli. Dahi şairimizin adı daşıyan rayonun demək olar ki, mərkəzi bir qəsəbəsi qalıb bizim tərəfdə. Horadiz adlanan qəsəbəvə 10-15 dənə də kənd var.

Yerli əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğul olur. İşğal rayonu və sərhəd rayonu olduğu üçün demək olar ki, turist qəbul etmə faizi sıfıra bərabərdir. Hərdən sərhəd xətləri pozulur, ara-sıra təmas xəttində döyüşlər olur. Bu da yerli əhaliyə, əkinçiliyə, maldarlığa böyük ziyan vurur.

Füzuli azərbaycanın ən çox siyasilər yetişdirmiş rayonu sayılır, deyir allah bir tərəfdən alanda bir tərəfdən verir.

Ölmədən gəlib burada düşmən gülləsi ilə ölməli yerlərdir, gəzməli yeri zadı yoxdur buraların.
Təşəkkürlər.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/04/horadiz-fuzuli-rayonu
Comments