Heyvan dostlarımız.

Məncə hər insanın ən azı bir heyvan dostu olmalıdır. Çünki heyvanlarla dostluq etmək insanlara həm xoş təsir bağışlayır, həm də özlərini daha xoşbəxt hiss etdirir. Araşdırmalar da göstərir ki, psixolojik problemləri olan insanların çoxu heyvan bəsləməyən insanlardır.

Bu da göstərir ki, heyvan bəsləyən insanlar psixolojik cəhətdən çox sağlam olurlar və özlərini çox daha yaxşı hiss edirlər. Sanki heyvanla oynadıqda insan bütün dərdlərini unudur. Bunu yəqin ki, siz də hiss etmisiniz. Həm də pis insanlarla, güvən verməyən insanlarla dostluq etməkdənsə, heyvan bəsləyib onunla dostluq etmək daha yaxşıdır. Belə bir şey də var ki, psixolojik problemləri olan insanlara psixoloqlar evdə heyvan bəsləməyi məsləhət görürlər. Siz də çalışılın ki, heyvanlarla dostluq edəsiniz. Evdə heyvan bəsləməyə imkan olmasa belə çöldəki heyvanlara yemək, su verin və onlara yaxşı davranın!
Unutmayın ki, heyvanlar da bizlər kimi canlıdırlar və bizim pisliyimiz keçmədiyi müddətcə onların da bizə pisliyi dəyməz.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/09/heyvan-dostlarimiz