Heç kim atasından artıq kişi olmur. "Əhlət ağacı".

heç kim atasından artıq kişi olmur, yaxud "Əhlət ağacı"

Nuri Bilgə Ceylanın "Ahlat ağacı" filmi haqda


image

əhlət - cır armud növüdür. dadlı olsa da, nəfəskəsicidir. armudun bu növünə "gəlinboğan" da deyirlər. əhlət ağacı susuzluğa, daşa-kəsəyə dözümlüdür

atalar-oğullar, Quran, İbn əl-Ərəbi, Məhəmməd peyğəmbər, Yunus Əmrə, Çexov, Nitşe, Dostoyevski, Yılmaz Güney
kadraltı göndərmələr,

İmamlar, yasaqlanmış alma... 
(fikir ver, İbn əl - Ərəbi haqda o məşhur hadisəni danışan imam özü də nümunənin mahiyyətini bilmir və motosikleti görüncə söhbəti dəyişir, digər imam da vəziyyətdən çıxmaq üçün Yunus Əmrənin şeirini deyir, amma o da şeiri alayarımçıq bilir, eləcə əsas məsələdən uzaqlaşırlar - vərdiş halında inanmaq, qulaqdandolma eşq - və dırnaqarası ali həqiqət bilgini olan imamın motosiklet qayğısı)

Troya atı 
İt
qurbağa
qarışqalar
kitab...

və öz atasına çevirilən oğul... 
bu çevrilmə filmin onurğa sütunudur

babanın qazdığı quyunu dərinləşdirən ata, atanın qazdığı quyunu dərinləşdirən oğul
(filmin birinci versiyasında atanın (İdrisin) uşaqlıq illəri də var, sonra NBC bu hissəni kəsib)

Film - göstərmək sənətidir. NBC öz üslubunun əksinə, bu filmdə danışır.

( dedilər ki, filmdə texniki problemlər var. bu problemləri ustad əl-əlbət görmüş. nə imiş? işıq, davamlılıq... )

Türkiyə, ölən ümidlər, molla təfəkkürü, ailə-məişət, atalar-oğullar, sosial problemlər (təhsildən bələdiyyəyə), bayağı millətçilik (podratçı), imtahandan kəsilən müəllimlərin polisə işə düzəlməyi (Sinanın dostu ilə telefon danışığı - ikinci sütunlardan biridir) 
və sairə,



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/09/hec-kim-atasindan-artiq-kisi-olmur-%c9%99hl%c9%99t-agaci