Gündəmsizlik.

Yaman dərddir yöndəmsiz və gündəmsiz olmaq. İnsan yöndəmsiz olsa eyb etməz, başına parik qoyar, üzünə krem vurar, başına həna qoyar, özünü bir vidə, fasona salar. Vay o gündən ki, bizim sosial şəbəkəmiz olan facebook gündəmsiz ola. Facebook ölkənin gimgə yeridir sanki. Hərə bir mövzu ilə səhər evdən çıxıb gələr və daha çox gopa basan və hekayə uydura bilərn gündəm yarada bilir. Gündəmsiz bir günümüz olmasın. Yöndəmsiz gündəmə də razıyıq təki danışmağa, yazmağa mövzu olsun.


image

Bizim Azərbaycanda ən maraqlı gündəmi şairlər yaradırlar. Məsələn bir dəfə Bir gənc şair və yazarımız Ulucay Akif "Ayselin ayaqları" adlı bir şeir yazmışdı. Adam rəsmən sənətə ayaq uzatmışdı, ayağın ədəbi təsvirni canlı lövhələrdə əks etdirmişdi. Heç yadımdan çıxmaz 12 saat içində adamı trend elədik. Reklam olur bəzən gündəm və yöndəmsizlik.


image

Dərd ağır, hava isti... ara vermir baxışlar. O gündəm olmuş "ayaqlar."

"

ayaqların...

ayaqların nə yaxşı ki, var.

nə yaxşı ki,

tərk edəndə ayaqları ilə

tərk etmir adamlar.

Aysel,

birinin

ruhunu qucaqladım.

Ruhunu götürüb getdi.

birinin

qəlbini qucaqladım.

Sevgisini götürüb getdi.

Aysel,

ayaqlarını

qucaqlasam,

hara gedəcəksən axı?"

Ayaqlarınızdan və ağlınızdan müğayət olun, başınızı hara gəldi soxa bilər. Yöndəmsiz və gündəmsiz yerlərə. Qalın sağlıqla.



Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/07/gund%c9%99msizlik