Gəncə (Gənjə)
Bizdə belə bir xalq manhısı var, "Gəncədən gəlirəm, yüküm xurmadı, Gəncənin yolları burma-burmadı." Nizami Gəncəvinin ana yurdu, Azərbaycan Xalq Cumhuriyyətinin ilk paytaxtlarından biri, "j" hərfinin ən çox işləndiyi bir diyar. Gəncədə "j" hərfini söz sonunda işləməyənə pis baxırlar.

Azərbaycanda ən çox Çinar ağacalarının yayıldığı bir rayondur. "Xan Bağı" adlanan parkın tarixi Gəncə xanlarının dövrünə qədər gedib çıxır.

İndi müasirləşmişik və Heydər parkları daha geniş əraziləri əhatə edir.

Hər daşı və qayası bir tarixdir Gəncənin. Nizami Gəncəvi 12-ci əsrdə burada Xəmsə yazmasın da nə edəydi.

Gəncənin gecələri daha möhtəşəm olurmuş.

Azərbaycanın hər bir bölgəsində dini yerlərə, məscidlərə rast gəlmək mümkündür. "İmamzadə" ziyarətgahı hər il minlərlə insanın ziyarət etdiyi yerlərdən biridir.

Din və din tüccarları burda da üstünlük təşkil edir.

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə. Sonda yenə təkrarlayım, ölmədən gediləcək yerlərdən ən biricisi.
Təşəkkürlər.
Posted from my blog with SteemPress : https://khagani.000webhostapp.com/2019/03/g%c9%99nc%c9%99-g%c9%99nj%c9%99
Comments